Ana Sayfa > Dünya > İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər4-06-2023, 11:17. Yazar: admin |
![]() İran, Səudiyyə Ərəbistanı, Pakistan və digər region ölkələri Hind okeanının şimal akvatoriyasında dəniz təhlükəsizliyini təmin etmək üçün koalisiya yaratmaq niyyətindədirlər. Bu açıqlama ilə İran Hərbi Dəniz Qüvvələrinin rəhbəri kontr-admiral Şəhram İrani çıxış edib. O xatırladıb ki, İran və Oman keçmişdə bir neçə müştərək dəniz təlimi keçiriblər. “Həmçinin Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və İraq da dənizdə əməkdaşlıq etməyə hazırdır”, - deyə kontr-admiral vurğulayıb. Mənbə: Mehr Geri dön |