Ukrayna kəşfiyyatı yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırıldığını açıqlayıb
Tarix: 4-01-2023, 20:54 | Çap et


Ukrayna yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırır.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov "ABC News"a müsahibəsində bildirib. O, ən qaynar döyüşlərin martda gözlənildiyini bildirib.

Budanov əks-hücumun Krımdan Donbasadək bütün əraziləri əhatə edəcəyini qeyd edib. Əlavə edib ki, Ukraynanın məqsədi beynəlxalq ictimaiyyət tərəfindən də tanınmış 1991-ci ilin sərhədlərinə qayıtmaqdır.

O, əks-hücumun Rusiyanın Ukraynada sonuncu məğlubiyyəti ilə nəticələnəcəyini vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net