Ana Sayfa > Dünya > Ukrayna kəşfiyyatı yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırıldığını açıqlayıb
Ukrayna kəşfiyyatı yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırıldığını açıqlayıb4-01-2023, 20:54. Yazar: admin |
Ukrayna yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırır. Vertikal.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov "ABC News"a müsahibəsində bildirib. O, ən qaynar döyüşlərin martda gözlənildiyini bildirib. Budanov əks-hücumun Krımdan Donbasadək bütün əraziləri əhatə edəcəyini qeyd edib. Əlavə edib ki, Ukraynanın məqsədi beynəlxalq ictimaiyyət tərəfindən də tanınmış 1991-ci ilin sərhədlərinə qayıtmaqdır. O, əks-hücumun Rusiyanın Ukraynada sonuncu məğlubiyyəti ilə nəticələnəcəyini vurğulayıb. Geri dön |