NATO hesab edir ki, Rusiya kimyəvi silahdan istifadə etmək üçün bəhanə axtarır.APA UNİAN-a istinadən xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
“Biz bu cür ritorikalardan narahatıq. Rusiya Amerika Birləşmiş Ştatlarını, NATO-ya üzv olan ölkələri Ukraynanın kimyəvi və bioloji silahlardan istifadəyə hazırlıqda ittiham edir. Bununla da Rusiya bu silahdan istifadə üçün bir növ bəhanə yaratmağa çalışır.”, - deyə Stoltenberq bildirib.
Onun sözlərinə görə, Ukrayna və Alyansa üzv ölkələrə qarşı ittihamlar tamamilə yalandır.