Ana Sayfa > Dünya > Stoltenberq: "Rusiya kimyəvi silahdan istifadəyə bəhanə yaradır"
Stoltenberq: "Rusiya kimyəvi silahdan istifadəyə bəhanə yaradır"24-03-2022, 23:40. Yazar: admin |
NATO hesab edir ki, Rusiya kimyəvi silahdan istifadə etmək üçün bəhanə axtarır. APA UNİAN-a istinadən xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib. “Biz bu cür ritorikalardan narahatıq. Rusiya Amerika Birləşmiş Ştatlarını, NATO-ya üzv olan ölkələri Ukraynanın kimyəvi və bioloji silahlardan istifadəyə hazırlıqda ittiham edir. Bununla da Rusiya bu silahdan istifadə üçün bir növ bəhanə yaratmağa çalışır.”, - deyə Stoltenberq bildirib. Onun sözlərinə görə, Ukrayna və Alyansa üzv ölkələrə qarşı ittihamlar tamamilə yalandır. Geri dön |