Ukrayna Daxili işlər nazirliyi Rusiya ordusunun Şastye şəhərini (Luqansk vilayəti) ələ keçirdiyi ilə bağlı informasiyaları təkzib edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hazırda şəhər Ukrayna Silahlı qüvvələri və “Luqansk-1” taboru tərəfindən müdafiə olunur.
Daxili işlər nazirinin müşaviri Anton Geraşşenko rus tanklarının keçməməsi üçün Severskiy Donets çayı üzərindəki körpünü partlatdıqlarını açıqlayıb.