Ana Sayfa > Dünya > Ukrayna ordusu rus tanklarının keçə biləcəyi körpünü partlatdı

Ukrayna ordusu rus tanklarının keçə biləcəyi körpünü partlatdı


24-02-2022, 12:12. Yazar: admin
Ukrayna ordusu rus tanklarının keçə biləcəyi körpünü partlatdı

Ukrayna Daxili işlər nazirliyi Rusiya ordusunun Şastye şəhərini (Luqansk vilayəti) ələ keçirdiyi ilə bağlı informasiyaları təkzib edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hazırda şəhər Ukrayna Silahlı qüvvələri və “Luqansk-1” taboru tərəfindən müdafiə olunur.

Daxili işlər nazirinin müşaviri Anton Geraşşenko rus tanklarının keçməməsi üçün Severskiy Donets çayı üzərindəki körpünü partlatdıqlarını açıqlayıb.
Geri dön