ABŞ Çini Ukrayna məsələsində vasitəçi olmağa çağırıb
Tarix: 11-02-2022, 09:19 | Çap et
ABŞ Çini Ukrayna məsələsində vasitəçi olmağa çağırıb
ABŞ Ukrayna ətrafında yaranmış gərginliklə bağlı Çini NATO ilə Rusiya arasında vasitəçi olmağa çağırıb.
Bizimyol.info xəbər verir ki, Tomas Qrinfild bu barədə "CNN" televiziyasında Ukrayna-Rusiya böhranı ilə bağlı danışarkən qeyd edib.

Tomas Qrinfild Çinin BMT Təhlükəsizlik Şurasında ölkələrin sərhədlərinin və suverenliyinin qorunması ilə bağlı narahatlığını tez-tez dilə gətirməsini əsas gətirərək, Rusiyanın Ukraynanın ərazi bütövlüyünü təhdid etdiyini qeyd edərək, :"Çinin rusları doğru şeyi etməyə təşviq etməkdə rol oynayacağına ümid edirik", - deyib.

Çinin BMT-dəki Daimi Nümayəndəsi Zhang Cun "Twitter" hesabında ABŞ səfirinə: "Bizim mesajımız ardıcıl və aydındır. Fikir ayrılıqları diplomatiya yolu ilə həll edilməlidir. Gərginliyi artırmağı dayandırın və Rusiyanın qanuni təhlükəsizlik narahatlıqlarını ciddiyə alın", - deyə cavab verib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net