Ana Sayfa > Dünya > ABŞ Çini Ukrayna məsələsində vasitəçi olmağa çağırıb
ABŞ Çini Ukrayna məsələsində vasitəçi olmağa çağırıb11-02-2022, 09:19. Yazar: admin |
![]() ABŞ Ukrayna ətrafında yaranmış gərginliklə bağlı Çini NATO ilə Rusiya arasında vasitəçi olmağa çağırıb. Bizimyol.info xəbər verir ki, Tomas Qrinfild bu barədə "CNN" televiziyasında Ukrayna-Rusiya böhranı ilə bağlı danışarkən qeyd edib. Tomas Qrinfild Çinin BMT Təhlükəsizlik Şurasında ölkələrin sərhədlərinin və suverenliyinin qorunması ilə bağlı narahatlığını tez-tez dilə gətirməsini əsas gətirərək, Rusiyanın Ukraynanın ərazi bütövlüyünü təhdid etdiyini qeyd edərək, :"Çinin rusları doğru şeyi etməyə təşviq etməkdə rol oynayacağına ümid edirik", - deyib. Çinin BMT-dəki Daimi Nümayəndəsi Zhang Cun "Twitter" hesabında ABŞ səfirinə: "Bizim mesajımız ardıcıl və aydındır. Fikir ayrılıqları diplomatiya yolu ilə həll edilməlidir. Gərginliyi artırmağı dayandırın və Rusiyanın qanuni təhlükəsizlik narahatlıqlarını ciddiyə alın", - deyə cavab verib. Geri dön |