KTMT kontingenti Qazaxıstanda mühafizə etdiyi obyektləri təhvil verməyə başlayıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı sülhməramlıları mühafizə etdikləri obyektləri bu ölkənin hüquq mühafizə orqanlarına təhvil verməyə başlayıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Qazaxıstanda başlayan etiraz aksiyaları ilə əlaqədar bu ölkənin Prezidenti Kasım-Jomart Tokayev KTMT-yə müraciət edərək dəstək istəmişdi. KTMT sülhməramlı qüvvələrinin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.