Ana Sayfa > Dünya > KTMT kontingenti Qazaxıstanda mühafizə etdiyi obyektləri təhvil verməyə başlayıb

KTMT kontingenti Qazaxıstanda mühafizə etdiyi obyektləri təhvil verməyə başlayıb


13-01-2022, 11:21. Yazar: admin
KTMT kontingenti Qazaxıstanda mühafizə etdiyi obyektləri təhvil verməyə başlayıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı sülhməramlıları mühafizə etdikləri obyektləri bu ölkənin hüquq mühafizə orqanlarına təhvil verməyə başlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Qazaxıstanda başlayan etiraz aksiyaları ilə əlaqədar bu ölkənin Prezidenti Kasım-Jomart Tokayev KTMT-yə müraciət edərək dəstək istəmişdi. KTMT sülhməramlı qüvvələrinin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.
Geri dön