ABŞ prezidenti Co Baydenin adı tez-tez müxtəlif qalmaqallarda hallanan oğlu Hanter Bayden yenidən ölkə mediasının gündəminə gəlib.
Onun bir neçə il öncə Çin şirkətilə əməkdaşlıq etdiyi üzə çıxıb.
Yayılan məlumatlara görə, kiçik Bayden hələ 2013-cü ildə digər iki nəfər ABŞ vətəndaşı ilə birgə BHR adlı şirkətin təsis olunmasında yaxından iştirak edib. Şanxayda qurulan şirkət 2016-cı ildə Konqo Demokratik Respublikasında kobalt mədəni əldə edib.
İddialara görə, prezidentin oğlu adıçəkilən şirkətin daha bir neçə alqı-satqı əməliyyatlarında iştirak edib və onun gəlirindən faiz qazanıb.
Mənbə: “The New York Times”