Ana Sayfa > Dünya > Baydenin oğlu ətrafında daha bir qalmaqal: Çin şirkətilə işbirliyində olub

Baydenin oğlu ətrafında daha bir qalmaqal: Çin şirkətilə işbirliyində olub


22-11-2021, 11:23. Yazar: admin
Baydenin oğlu ətrafında daha bir qalmaqal: Çin şirkətilə işbirliyində olub

ABŞ prezidenti Co Baydenin adı tez-tez müxtəlif qalmaqallarda hallanan oğlu Hanter Bayden yenidən ölkə mediasının gündəminə gəlib.

Onun bir neçə il öncə Çin şirkətilə əməkdaşlıq etdiyi üzə çıxıb.

Yayılan məlumatlara görə, kiçik Bayden hələ 2013-cü ildə digər iki nəfər ABŞ vətəndaşı ilə birgə BHR adlı şirkətin təsis olunmasında yaxından iştirak edib. Şanxayda qurulan şirkət 2016-cı ildə Konqo Demokratik Respublikasında kobalt mədəni əldə edib.

İddialara görə, prezidentin oğlu adıçəkilən şirkətin daha bir neçə alqı-satqı əməliyyatlarında iştirak edib və onun gəlirindən faiz qazanıb.

Mənbə: “The New York Times”
Geri dön