Kaliforniyada təbii fəlakət rejimi elan edildi
Tarix: 13-09-2021, 11:42 | Çap et
Kaliforniyada təbii fəlakət rejimi elan edildi

ABŞ Prezidenti Co Bayden güclü meşə yanğınının alovlandığı Kaliforniya ştatında təbii fəlakət rejimi elan edib.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Bu gün Prezident Co Bayden Kaliforniyada fəlakət rejimi elan edib, yerli və ştat rəhbərliyinə “Kaldor” yanğınından təsirlənən bölgələrdə yenidənqurma işlərini tamamlamaq üçün federal yardım göstərilməsi barədə göstəriş verib”, - deyə məlumatda qeyd edilir.

“Kaldor” yanğını avqustun ortalarında başlayıb.

Məlumata görə, bu günə qədər yanğının 65 %-i söndürülüb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net