Ana Sayfa > Dünya > Kaliforniyada təbii fəlakət rejimi elan edildi
Kaliforniyada təbii fəlakət rejimi elan edildi13-09-2021, 11:42. Yazar: admin |
ABŞ Prezidenti Co Bayden güclü meşə yanğınının alovlandığı Kaliforniya ştatında təbii fəlakət rejimi elan edib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. “Bu gün Prezident Co Bayden Kaliforniyada fəlakət rejimi elan edib, yerli və ştat rəhbərliyinə “Kaldor” yanğınından təsirlənən bölgələrdə yenidənqurma işlərini tamamlamaq üçün federal yardım göstərilməsi barədə göstəriş verib”, - deyə məlumatda qeyd edilir. “Kaldor” yanğını avqustun ortalarında başlayıb. Məlumata görə, bu günə qədər yanğının 65 %-i söndürülüb. Geri dön |