“Samsung” şirkətinin rəhbəri vəfat edib
Tarix: 25-10-2020, 09:32 | Çap et
“Samsung” şirkətinin rəhbəri vəfat edib

“Samsung” konserninin sədri Li Qon Xi 79 yaşında vəfat edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Li Qon Xi Seulda “Samsung” xəstəxanasında dünyasını dəyişib.

O, atası - konsernin banisi Li Byon Çxolun 1987-ci ildə vəfatından sonra “Samsung”un ikinci sədri olub.

2014-cü ildə Li Qon Xi infarkt keçirib və bundan sonra şirkətə nəzarət faktiki olaraq oğlu və konsernin törəmə şirkəti olan “Samsung Electronics”in vitse-prezidenti Li Çje Yona keçib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net