Ana Sayfa > Dünya > “Samsung” şirkətinin rəhbəri vəfat edib
“Samsung” şirkətinin rəhbəri vəfat edib25-10-2020, 09:32. Yazar: admin |
“Samsung” konserninin sədri Li Qon Xi 79 yaşında vəfat edib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Li Qon Xi Seulda “Samsung” xəstəxanasında dünyasını dəyişib. O, atası - konsernin banisi Li Byon Çxolun 1987-ci ildə vəfatından sonra “Samsung”un ikinci sədri olub. 2014-cü ildə Li Qon Xi infarkt keçirib və bundan sonra şirkətə nəzarət faktiki olaraq oğlu və konsernin törəmə şirkəti olan “Samsung Electronics”in vitse-prezidenti Li Çje Yona keçib. Geri dön |