ABŞ Prezidenti Donald Tramp ona təcili telefon zəngi gəldiyini bildirərək gözlənilmədən mətbuat konfransını tərk edib.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
“Mənə təcili zəng gəldi. Mən qayıdacağam, sabah görüşərik”, - deyə Birləşmiş Ştatlar prezidenti mətbuat konfransında iştirak edənlərə xitabən bildirib.
D.Tramp ona gələn təcili telefon zənginin nə ilə əlaqədar olduğunu açıqlamayıb.