Ana Sayfa > Dünya > Trampa zəng gəldi, mətbuat konfransını təcili tərk etdi
Trampa zəng gəldi, mətbuat konfransını təcili tərk etdi24-09-2020, 12:13. Yazar: admin |
ABŞ Prezidenti Donald Tramp ona təcili telefon zəngi gəldiyini bildirərək gözlənilmədən mətbuat konfransını tərk edib. Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb. “Mənə təcili zəng gəldi. Mən qayıdacağam, sabah görüşərik”, - deyə Birləşmiş Ştatlar prezidenti mətbuat konfransında iştirak edənlərə xitabən bildirib. D.Tramp ona gələn təcili telefon zənginin nə ilə əlaqədar olduğunu açıqlamayıb. Geri dön |