Çində koronavirusa yoluxma hallarının sayı yenidən artır
Tarix: 29-07-2020, 16:43 | Çap et
Çində koronavirusa yoluxma hallarının sayı yenidən artır

Çində koronavirusa yoluxma hallarının sayı artmaqda davam edir.

Mk.ru ölkənin Səhiyyə üzrə Dövlət Komitəsinə istinadla məlumat verir ki, son bir gündə ölkədə 128 nəfərdə koronavirus aşkarlanıb.

Onlardan 101-nin simptomları olsa da, 27-nin xəstəliyi simptomsuz keçirir.

Eyni zamanda, bir gün əvvəl yalnız 102 yoluxma hadisəsi aşkar edilib ki, bunların da 68 nəfərində simptomlar özünü biruzə verib.

Xatırladaq ki, Çində 2019-cu ilin dekabrından koronavirus müəyyən edilən 84 060 xəstənin 4 634-ü ölüb, 78 944-ü sağalıb




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net