Ana Sayfa > Dünya > Çində koronavirusa yoluxma hallarının sayı yenidən artır
Çində koronavirusa yoluxma hallarının sayı yenidən artır29-07-2020, 16:43. Yazar: admin |
![]() Çində koronavirusa yoluxma hallarının sayı artmaqda davam edir. Mk.ru ölkənin Səhiyyə üzrə Dövlət Komitəsinə istinadla məlumat verir ki, son bir gündə ölkədə 128 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 101-nin simptomları olsa da, 27-nin xəstəliyi simptomsuz keçirir. Eyni zamanda, bir gün əvvəl yalnız 102 yoluxma hadisəsi aşkar edilib ki, bunların da 68 nəfərində simptomlar özünü biruzə verib. Xatırladaq ki, Çində 2019-cu ilin dekabrından koronavirus müəyyən edilən 84 060 xəstənin 4 634-ü ölüb, 78 944-ü sağalıb Geri dön |