İran həbsxanalarında cəza çəkən 36 min məhbus azadlığa buraxılıb.
“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə İran Həbsxanaları Təşkilatının sədri Mehdi Həc-Məhəmmədi açıqlama verib.
Mehdi Həc-Məhəmmədi bildirib ki, məqsəd həbsxana kimi çox adam olan yerlərdə koronavirusa yoluxma riskini azaltmaqdır.
İranda COVID-19 pandemiyası ilə əlaqədar məhbusların azad edilmə prosesi martın əvvəlindən başlayıb. Azadlığa buraxılanlar ağır cinayət törətməyən məhbuslardır.