Ana Sayfa > Dünya > İranda 36 min məhbus vaxtından əvvəl azadlığa buraxıldı
İranda 36 min məhbus vaxtından əvvəl azadlığa buraxıldı21-07-2020, 05:08. Yazar: admin |
İran həbsxanalarında cəza çəkən 36 min məhbus azadlığa buraxılıb. “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə İran Həbsxanaları Təşkilatının sədri Mehdi Həc-Məhəmmədi açıqlama verib. Mehdi Həc-Məhəmmədi bildirib ki, məqsəd həbsxana kimi çox adam olan yerlərdə koronavirusa yoluxma riskini azaltmaqdır. İranda COVID-19 pandemiyası ilə əlaqədar məhbusların azad edilmə prosesi martın əvvəlindən başlayıb. Azadlığa buraxılanlar ağır cinayət törətməyən məhbuslardır. Geri dön |