“Vəziyyət kritikdir, koronavirusla bağlı ayrılmış çarpayılar dolmaq üzrədir” - Paşinyan
Tarix: 12-06-2020, 16:50 | Çap et
“Vəziyyət kritikdir, koronavirusla bağlı ayrılmış çarpayılar dolmaq üzrədir” - Paşinyan

Ermənistanın Baş Naziri Nikol Paşinyan respublikanın xəstəxanalarında vəziyyətin gərgin olduğunu açıqlayıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, N. Paşinyan xəstəxanalarda koronavirus xəstələri üçün ayrılan çarpayıların dolmaq üzrə olduğunu bildirib:

“Vəziyyət kritikdir. Koronavirus xəstələri üçün ayrılan 1857 çarpayıdan 1551-i tutulub, 236 reanimasiya çarpayısından 204-ü məşğuldur”.

N.Paşinyan qeyd edib ki, yoluxmaların yüksək olması ölkə vətəndaşlarının epidemioloji qaydalara ciddi riayət etmədiyinə dəlalət edir:

“Vəziyyət pisləşəcəyi təqdirdə, kütləvi məhdudlaşdırmalara gedilməsi istisna deyil. Bu, bizim iqtisadiyyatımıza güclü zərbə vuracaq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net