Ana Sayfa > Dünya > “Vəziyyət kritikdir, koronavirusla bağlı ayrılmış çarpayılar dolmaq üzrədir” - Paşinyan
“Vəziyyət kritikdir, koronavirusla bağlı ayrılmış çarpayılar dolmaq üzrədir” - Paşinyan12-06-2020, 16:50. Yazar: admin |
Ermənistanın Baş Naziri Nikol Paşinyan respublikanın xəstəxanalarında vəziyyətin gərgin olduğunu açıqlayıb. Musavat.com APA-ya istinadən xəbər verir ki, N. Paşinyan xəstəxanalarda koronavirus xəstələri üçün ayrılan çarpayıların dolmaq üzrə olduğunu bildirib: “Vəziyyət kritikdir. Koronavirus xəstələri üçün ayrılan 1857 çarpayıdan 1551-i tutulub, 236 reanimasiya çarpayısından 204-ü məşğuldur”. N.Paşinyan qeyd edib ki, yoluxmaların yüksək olması ölkə vətəndaşlarının epidemioloji qaydalara ciddi riayət etmədiyinə dəlalət edir: “Vəziyyət pisləşəcəyi təqdirdə, kütləvi məhdudlaşdırmalara gedilməsi istisna deyil. Bu, bizim iqtisadiyyatımıza güclü zərbə vuracaq”. Geri dön |