Suriyada mühasirədə olan 10 rayona humanitar yardım çatdırılıb
Tarix: 30-03-2016, 10:32 |
Çap et
BMT atəşkəs elan ediləndən bəri mühasirədə olan rayonlarda 150 min insana humanitar yardım çatdırıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə BMT Baş Katibinin hesabatında deyilir. O da vurğulanır ki, fevralın 27-də qüvvəyə minən rejim ümumilikdə qorunur.
Hesabat zamanı rəsmi Dəməşqin, digər Suriya qaynaqlarının və açıq mənbələrin məlumatlarından istifadə olunub. Sənəd 2016-cı ilin fevral ayını əhatə etsə də, yeni məlumatlar da əlavə edilib.
BMT-nin hesabatına görə, hazırda mühasirədə olan ərazilərdə 480 min insan yaşayır. Daha 4,5 milyon sakin isə ucqar əyalətlərdədirlər.