Ana Sayfa > Dünya > Suriyada mühasirədə olan 10 rayona humanitar yardım çatdırılıb

Suriyada mühasirədə olan 10 rayona humanitar yardım çatdırılıb


30-03-2016, 10:32. Yazar: admin
Suriyada mühasirədə olan 10 rayona humanitar yardım çatdırılıb
BMT atəşkəs elan ediləndən bəri mühasirədə olan rayonlarda 150 min insana humanitar yardım çatdırıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə BMT Baş Katibinin hesabatında deyilir. O da vurğulanır ki, fevralın 27-də qüvvəyə minən rejim ümumilikdə qorunur.

Hesabat zamanı rəsmi Dəməşqin, digər Suriya qaynaqlarının və açıq mənbələrin məlumatlarından istifadə olunub. Sənəd 2016-cı ilin fevral ayını əhatə etsə də, yeni məlumatlar da əlavə edilib.

BMT-nin hesabatına görə, hazırda mühasirədə olan ərazilərdə 480 min insan yaşayır. Daha 4,5 milyon sakin isə ucqar əyalətlərdədirlər.

Geri dön