Nazir: “İŞİD-in 22 min üzvü öldürüldü”
Tarix: 22-01-2016, 10:42 |
Çap et
Fransa Müdafiə naziri Jan-Yiv Le Drian “Frans 24” kanalında koalisiya qüvvələrinin İraq və Suriyadakı əməliyyatları ilə bağlı məlumat verib.
Axar.az xəbər verir ki, nazir beynəlxalq ittifaqın 2014-cü ildən bəri təxminən 22 min İŞİD yaraqlısını öldürdüyünü açıqlayıb.
Fransız nazir son günlərdə İŞİD-ə qarşı mübarizədə böyük irəliləyişlər əldə etdiklərini vurğulayaraq, terror təşkilatının uzun müddətdir genişmiqyaslı hücum etmədiklərini də bildirib.
Xatırladaq ki, koalisiya qüvvələri İŞİD-ə qarşı əməliyyata 2014-cü ildə başlayıb.