Ana Sayfa > Dünya > Nazir: “İŞİD-in 22 min üzvü öldürüldü”
Nazir: “İŞİD-in 22 min üzvü öldürüldü”22-01-2016, 10:42. Yazar: admin |
Fransa Müdafiə naziri Jan-Yiv Le Drian “Frans 24” kanalında koalisiya qüvvələrinin İraq və Suriyadakı əməliyyatları ilə bağlı məlumat verib. Axar.az xəbər verir ki, nazir beynəlxalq ittifaqın 2014-cü ildən bəri təxminən 22 min İŞİD yaraqlısını öldürdüyünü açıqlayıb. Fransız nazir son günlərdə İŞİD-ə qarşı mübarizədə böyük irəliləyişlər əldə etdiklərini vurğulayaraq, terror təşkilatının uzun müddətdir genişmiqyaslı hücum etmədiklərini də bildirib. Xatırladaq ki, koalisiya qüvvələri İŞİD-ə qarşı əməliyyata 2014-cü ildə başlayıb. Geri dön |