
Ukrayna Mixail Saakaşvilinin Gürcüstana ekstradisiya etməkdən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorluğunun yaydığı məlumatda deyilib.
“Ukrayna Baş prokurorluğu siyasi fəaliyyəti dövründə vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının araşdırılması üçün keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstana ekstradisiyası ilə bağlı bu ölkənin Ədliyyə nazirliyinin müraciətinə baxıb”, - Ukrayna tərəfi bildirib.
Məlumata görə, Baş prokurorluq belə qənaətə gəlib ki, Saakaşvilinin ekstradisiyası ilə bağlı tələb siyasi motiv daşıyır.