Ana Sayfa > Xəbər > Ukrayna Saakaşviliyə görə bu tələbi rədd etdi

Ukrayna Saakaşviliyə görə bu tələbi rədd etdi


1-04-2015, 15:16. Yazar: admin
Ukrayna Saakaşviliyə görə bu tələbi rədd etdi
Ukrayna Mixail Saakaşvilinin Gürcüstana ekstradisiya etməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorluğunun yaydığı məlumatda deyilib.

“Ukrayna Baş prokurorluğu siyasi fəaliyyəti dövründə vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının araşdırılması üçün keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstana ekstradisiyası ilə bağlı bu ölkənin Ədliyyə nazirliyinin müraciətinə baxıb”, - Ukrayna tərəfi bildirib.

Məlumata görə, Baş prokurorluq belə qənaətə gəlib ki, Saakaşvilinin ekstradisiyası ilə bağlı tələb siyasi motiv daşıyır.

Geri dön