
Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri, şair Namiq Hacıheydərli vəzifəsindən istefa verib.
Axar.az xəbər verir ki, bu barədə Strateq.az-a istefa ilə bağlı bəyanatın bir nüsxəsini göndərən şair AYB-ni Muğan bölməsinə laqeyd münasibətə görə qınayıb. Şair istefa ərizəsini bu gün AYB-nin rəhbərliyinə təqdim edib.
Qeyd edək ki, AYB-nin Muğan bölməsi Hacıqabul, Şirvan, Salyan və Neftçala rayonlarını əhatə edir.