Ana Sayfa > Xəbər > AYB-nin daha bir sədri istefa verdi
AYB-nin daha bir sədri istefa verdi5-05-2015, 17:14. Yazar: admin |
Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri, şair Namiq Hacıheydərli vəzifəsindən istefa verib. Axar.az xəbər verir ki, bu barədə Strateq.az-a istefa ilə bağlı bəyanatın bir nüsxəsini göndərən şair AYB-ni Muğan bölməsinə laqeyd münasibətə görə qınayıb. Şair istefa ərizəsini bu gün AYB-nin rəhbərliyinə təqdim edib. Qeyd edək ki, AYB-nin Muğan bölməsi Hacıqabul, Şirvan, Salyan və Neftçala rayonlarını əhatə edir. Geri dön |