Qaradağda içi pulla dolu "Pay Point" oğurlandı
Tarix: 24-04-2015, 11:56 | Çap et
Qaradağda içi pulla dolu "Pay Point" oğurlandı
Bakıda "Pay Point" ödəniş terminalı oğurlanıb.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində qeydə alınıb.

Ötən gün axşam saatlarında naməlum şəxs və ya şəxslər qəsəbə ərazisində içərisi pulla dolu, “Comted LTD”-yə məxsus "Pay Point" ödəniş terminalını oğurlayıb.

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net