Ana Sayfa > Xəbər > Qaradağda içi pulla dolu "Pay Point" oğurlandı
Qaradağda içi pulla dolu "Pay Point" oğurlandı24-04-2015, 11:56. Yazar: admin |
![]() Bakıda "Pay Point" ödəniş terminalı oğurlanıb. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində qeydə alınıb. Ötən gün axşam saatlarında naməlum şəxs və ya şəxslər qəsəbə ərazisində içərisi pulla dolu, “Comted LTD”-yə məxsus "Pay Point" ödəniş terminalını oğurlayıb. Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır. Geri dön |