Məleykə Abbaszadə təhsil haqqından şikayətləndi
Tarix: 11-02-2015, 13:12 | Çap et
Məleykə Abbaszadə təhsil haqqından şikayətləndi
“Özəl universitetlər qiymət siyasətində islahatlar aparmalıdırlar”.

Azvision.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınlın sədri Məleykə Abbaszadə qiymətlərlə bağlı olaraq hətta yüksək qiymətlərlə oxuyan abituriyentlərin belə özəl universitetlərdənsə, texniki peşə məktəblərinə üz tutduqlarını deyib.

Qurum sədri bu abituriyentlərin pulsuz təhsil almaq istədiyini deyir. "Özəl ali məktəblərdə qiymətlər yüksək olduğu üçün isə yerlər boş qalır”.

Onun sözlərinə görə, TQDK bəzi ali məktəblərə bu sahədə müəyyən işlər aparır. “Məsələn, biz ADA ilə müəyyən işlər aparırıq. Bu da öz müsbət təsirini göstərir. Ümumiyyətlə, əgər bu iş düzgün qurulsa, universitetlər kifayət qədər kontingent toplaya, abutiriyentləri cəlb edə bilərlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net