Ana Sayfa > Üçüncü sektor > Məleykə Abbaszadə təhsil haqqından şikayətləndi
Məleykə Abbaszadə təhsil haqqından şikayətləndi11-02-2015, 13:12. Yazar: admin |
“Özəl universitetlər qiymət siyasətində islahatlar aparmalıdırlar”. Azvision.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınlın sədri Məleykə Abbaszadə qiymətlərlə bağlı olaraq hətta yüksək qiymətlərlə oxuyan abituriyentlərin belə özəl universitetlərdənsə, texniki peşə məktəblərinə üz tutduqlarını deyib. Qurum sədri bu abituriyentlərin pulsuz təhsil almaq istədiyini deyir. "Özəl ali məktəblərdə qiymətlər yüksək olduğu üçün isə yerlər boş qalır”. Onun sözlərinə görə, TQDK bəzi ali məktəblərə bu sahədə müəyyən işlər aparır. “Məsələn, biz ADA ilə müəyyən işlər aparırıq. Bu da öz müsbət təsirini göstərir. Ümumiyyətlə, əgər bu iş düzgün qurulsa, universitetlər kifayət qədər kontingent toplaya, abutiriyentləri cəlb edə bilərlər”. Geri dön |