Obama Dunfordu Baş Qərargah rəisi görmək istəyir
Tarix: 5-05-2015, 11:05 | Çap et
Obama Dunfordu Baş Qərargah rəisi görmək istəyir
ABŞ rəsmiləri deyir ki, mayın 5-də Prezident Barack Obama Joseph Dunford-un namizədliyini Baş Qərargah rəisi postuna irəli sürəcək. Dunford Dəniz Qüvvələri generalıdır, Əfqanıstan və İraq müharibələrində komandir olub.

59 yaşlı Dunford bu vəzifədə ABŞ-ın ordu generalı Martin Dempsey-ni əvəzləyəcək. Dempsey sentyabrda istefa verəcək. Gözlənir ki, Senat Dunford-un namizədliyini tezliklə təsdiqləyəcək.

Dunford 2014-cü ildə ABŞ Dəniz Qüvvələrinin baş komandiri təyin olunub. Öncə Əfqanıstanda ABŞ və beynəlxalq qüvvələrə rəhbərlik edib. 2003-cü ildə ABŞ-ın İraq əməliyyatları zamanı "Fighting Joe" ləqəbini qazanıb.

Obama-nın Baş Qərargah rəisinin müavini postuna isə Paul Selva-nın namizədliyini verəcəyi gözlənir. Selva ABŞ Hava Qüvvələri generalı, hazırda ABŞ Nəqliyyat Komandanlığının komandiridir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net