Ana Sayfa > Dünya > Obama Dunfordu Baş Qərargah rəisi görmək istəyir
Obama Dunfordu Baş Qərargah rəisi görmək istəyir5-05-2015, 11:05. Yazar: admin |
ABŞ rəsmiləri deyir ki, mayın 5-də Prezident Barack Obama Joseph Dunford-un namizədliyini Baş Qərargah rəisi postuna irəli sürəcək. Dunford Dəniz Qüvvələri generalıdır, Əfqanıstan və İraq müharibələrində komandir olub. 59 yaşlı Dunford bu vəzifədə ABŞ-ın ordu generalı Martin Dempsey-ni əvəzləyəcək. Dempsey sentyabrda istefa verəcək. Gözlənir ki, Senat Dunford-un namizədliyini tezliklə təsdiqləyəcək. Dunford 2014-cü ildə ABŞ Dəniz Qüvvələrinin baş komandiri təyin olunub. Öncə Əfqanıstanda ABŞ və beynəlxalq qüvvələrə rəhbərlik edib. 2003-cü ildə ABŞ-ın İraq əməliyyatları zamanı "Fighting Joe" ləqəbini qazanıb. Obama-nın Baş Qərargah rəisinin müavini postuna isə Paul Selva-nın namizədliyini verəcəyi gözlənir. Selva ABŞ Hava Qüvvələri generalı, hazırda ABŞ Nəqliyyat Komandanlığının komandiridir. Geri dön |