Koronavirusa qarşı misdən istifadə: virusu dörd saata məhv edir
Tarix: 2-06-2020, 08:47 | Çap et
Koronavirusa qarşı misdən istifadə: virusu dörd saata məhv edir
Böyük Britaniyalı alimlər koronavirusun qarşısının alınması üçün misdən istifadə edilməsini tövsiyə ediblər.

Bu barədə “HaberGlobal” məlumat yayır.

Qapı tutacaqlarının, məhəccərlərin, alış-veriş arabalarının mislə üzlənməsi virusun yayılmasının qarşısını ala bilər. Çünki koronavirus mis üzərində dörd saatdan sonra ölür.

Koronavirus mis ilə təmasda olduqda, metaldakı ionlar virusu qoruyan lipid membranına hücumla onun DNT-sini tamamilə məhv edir.

Bu məqsədlə Polşada avtobuslara mis tutacaqlar qoyulur, Çili və Braziliyada qaçqın düşərgələri mislə örtülür. ABŞ-da isə bakteriya və digər yoluxucu mikroblarla dolu idman salonlarının mislə üzlənilməsi bildirilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net