Anardan Vahid Əzizə XORUZ ATMACASI
Tarix: 24-11-2015, 13:15 |
Çap et
“Kim nə deyir, qoy desin. Sübh çağı ancaq xoruzlar oyanır. Vahid Əziz gözləyərdi ki, azı günün birinci yarısı olsun və biz o zaman təbrik etməsəydik, etirazını bildiriərdi".
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyi sədri, xalq yazıçısı Anar şair Vahid Əzizin Yazıçılar Birliyinin ünvanına səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən söyləyib.
Anarın sözlərinə görə, yaradıcı şəxs elə etməldir ki, onu təbrik etsinlər, yada salsınlar: "Bilirsinizmi, ümumiyyətlə insanın özünün doğum gününün təbrik edilməsini, yubileyinin keçirilməsini tələb etməsini mən heç düzgün saymıram. İnsan, xüsusən də yaradıcı şəxs elə etməldir ki, onu təbrik etsinlər, yada salsınlar”.
Xatırladaq ki, şair Vahid Əziz doğum gününü təbrik etmədiklərinə görə xalq yazıçısı Anarın və Fikrət Qocanın ünvanına sərt fikirlər səsləndirmişdi.