Azərbaycan bankları inkişaf strategiyasını yenidən nəzərdən keçirirlər
Tarix: 24-11-2015, 13:01 | Çap et
Azərbaycan bankları inkişaf strategiyasını yenidən nəzərdən keçirirlər
Azərbaycan bankları yeni iqtisadi şəraiti nəzərə almaqla inkişaf strategiyasını yenidən nəzərdən keçirirlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşması və dünyada çətin iqtisadi vəziyyət Azərbaycan iqtisadiyyatına da təsir edir, buna görə də banklar öz inkişaf strategiyalarını yenidən nəzərdən keçirmək məcburiyyətindədirlər.

Z. Nuriyev qeyd edib ki, yeni strateji planlaşdırmada əsas diqqət daha məsuliyyətli kreditləşməyə, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə, korporativ sektora və s. məsələlərə ayrılacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net