Müxaliflərdən Əsədə ağır zərbə - 5 kənd və 5 yüksəklik ələ keçirildi
Tarix: 24-11-2015, 11:37 |
Çap et
Suriyada Əsədə qarşı döyüşən müxalif Fəth Ordusunun Hələbin cənubunda 5 kəndi və 5 yüksəkliyi ələ keçirdiyi bildirilir.
Avropa.info xəbər verir ki, Suriyada Fəth Ordusunun tabeçiliyində olan qrupların Hələ şəhərinin cənubunda həyata keçirdiyi əməliyyatlar zamanı əl-Leys və Hadir bölgəsinin ətrafında 5 təpə ilə 5 kəndin nəzarətini ələ keçirdiyi bildirilir.
Müxaliflərin sözügedən bölgələrdə Əsəd tərəfdarlarına böyük zərbələr endirdiyini təsdiqləyən mənbələr, müxaliflərin rus təyyarələrinin hücumlarına baxmayaraq bölgədə Əsəd güclərini geri otuzdurduğunu söyləyib.
Əsəd tərəfdarlarını tanklardan, artilleriyadan və iriçaplı silahlardan atəşə tutan müxaliflər bölgədə geniş bir ərazini ələ keçiriblər.