Səudiyyə nefti kəskin bahalaşdırdı
Tarix: 24-11-2015, 11:27 | Çap et
Səudiyyə nefti kəskin bahalaşdırdı
Dünya birjalarında neftin qiyməti 45 dolları ötüb.

Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 0,41 dollar bahalaşaraq 45,24 dollar olub.

VTİ markalı neftin qiyməti isə 0,43 dollar artaraq 42,18 dollara satılıb.

Qeyd edək ki, neftin bahalaşmasına səbəb Səudiyyə Ərəbistanının “qiymətlərin yüksəlməsi üçün hər şey etməyə hazırıq” barədə açıqlaması olub.

Analitiklər OPEK-in növbəti toplantısına qədər qiymətlərin artmağa davam edəcəyini bildirirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net