Vladimir Putin Əli Xamneyi ilə görüşüb
Tarix: 23-11-2015, 17:37 | Çap et
Vladimir Putin Əli Xamneyi ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin İranın ali lideri Əli Xamneyi ilə görüşüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Qaz İxrac Edən Ölkələrin III Sammitində iştirak etmək üçün Tehranda səfərdə olan Rusiya prezidentinin Ə. Xamneyi ilə görüşü sammitdən əvvəl baş tutub.

V. Putinin İran prezidenti Həsən Ruhani ilə də görüşü planlaşdırılır.

Görüşlərin yekununda hökumətlər arasında xüsusi şəxslər üçün qarşılıqlı səfərlərin asanlaşdırılması və Səhiyyə nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net