Putin İrana səfər edib
Tarix: 23-11-2015, 16:46 | Çap et
Putin İrana səfər edib
Rusiya prezidenti Vladimir Putin birgünlük işçi səfərlə İranın paytaxtı Tehrana gedib.

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, Rusiya lideri İran paytaxtnda Qaz ixrac edən ölkələrin forumunda iştirak edəcək və bir sıra ikitərəfli görüşlər (o cümlədən İran rəhbərliyi ilə - red.) keçirəcək.

Rusiya prezidentinin köməkçisi Yuriy Uşakovun sözlərinə əsasən, V.Putinin forumun plenar iclasında çıxışı planlaşdırılıb.

Kreml təmsilçisi gözlənilən çıxışın mahiyyətini açıqlamayıb, lakin vurğulayıb ki, rəsmi Moskva Tehran sammitinin mövzusu üzrə formalaşdırılan tezisi “tam dəstəkləyir”: “Görüş iştirakçıları qlobal qaz bazarının inkişaf perspektivlərini və qaz istehlakını ən çox əlçatan, iqtisadi baxımdan səmərəli və ekoloji təmiz enerji resursu növü kimi stimullaşdırılmasını müzakirə etməyi planlaşdırırlar.

Təbii qaz davamlı artım üçün ən yaxşı yanacaqdır."

Bildirək ki, V.Putin bundan əvvəl İrana 2007-ci ildə səfər edib.

- See more at: http://salamnews.org/az/news/read/197393#sthash.RiDM5CAv.dpuf





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net