İŞİD-dan qaçan gəlinlər - ana olmaq qadağan edildi
Tarix: 23-11-2015, 16:07 | Çap et
İŞİD-dan qaçan gəlinlər - ana olmaq qadağan edildi
İŞİD terrorçu qruplaşmasının insanlara yaşatdığı dəhşət gün keçdikcə daha da böyüyür. İş o yerə çatıb ki, hətta bu terrorçu dəstəsinə qoşulanlar da artıq başlarını götürərək qaçmağa başlayıblar. İŞİD-ın qalası hesab edilən Rakkada əxlaq polisi olan, lakin təzyiqlərdən bezərək Suriyadan qaçan 3 qadın başlarına gələnləri "New York Times"a danışıb.

25 yaşlı Avs, onun qohumları 20 yaşlı Dua və 22 yaşlı Esma insan qaçaqmalçılarının köməyi ilə Türkiyəyə keçə biliblər. Onlar suriyalılar arasında özlərinə yeni həyat qurublar. Biz zamanlar İŞİD-ın tərkibində olduqlarını isə hər kəsdən gizləyirlər.

Fırat Universitetində ingilis ədəbiyyatı üzrə təhsil alan 25 yaşlı Avs onunla evlənmək istəyən türk döyüşçü Əbu Məhəmmədlə ailə qurub. Əri döyüşlərə gedəndə o digər terrorçu qadınları ilə zaman keçirib. Ana olmaq niyyətində olsa da terrorçular buna imkan verməyiblər. Belə ki, komandirlər ata olan döyüşçünün könülsüz vuruşacağını bəhanə edərək cütlüyə övlad sahibi olmağı qadağan ediblər.

Onun qohumu olan 20 yaşlı Duanı da atası zəngin ərəb terrorçuya ərə verib. Boş vaxtları çox olan gənc qızlar müstəqil hərəkət edə bilmək üçün fevral ayaında yaradılan qadınlardan ibarət "Hamsa" dəstəsinə qatılıblar. Hərbi və dini təlimlərdən sonra əxlaq polisi kimi işə başlayıblar. Birliklərində hər millətdən qadın olsa da, onlara əcnəbilərlə danışmaq qadağan edilib.
Birliyə qoşulan əcnəbi qadınlar suriyalılardan daha çox əmək haqqı alıblar.

İŞİD dəhşətindən qaçan 22 yaşlı Əsmanın vəzifəsi İŞİD-a qoşulmaq istəyənləri Türkiyə sərhəddindən gətirmək idi.
Duanın sözlərinə görə, o rəfiqəsi və anasının dar çarşab geyindikləri üçün döyüldüyünü gördükdən sonra dəhşətə düşüb. Bu arada onun əri kamikadze kimi özünü partladıb. Bu hadisədən sonra qızı dərhal yenidən evləndirmək ismtəyiblər. Avs-in də əri kamikadze olub. İkinci dəfə misirli döyüşçü ilə məcburən evləndirilib.

Gördüklərindən, yaşadıqlarından qorxuya düşən qadınlar birləşərək Suriyanı tərk etmək barədə qərar qəbul ediblər.

İŞİD terrorçuları əsir və girov kimi ələ keçirdikləri yezidi qadınları satır, onları zorlayır və qul kimi istifadə edirlər. Bir müddət öncə terrorçuların zülmündən qurtula bilən qadınların bəziləri başlarına gələnlər barədə açıqlamalar vermişdilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net