İraq şimala uçuşları ertələyir
Tarix: 23-11-2015, 13:50 |
Çap et
İraq muxtar kürd regionuna uçuşları iki günlüyə təxirə salıb. Səbəb Rusiyanın qonşu Suriyaya endirdiyi hava zərbələridir.
Rəsmilər bildirir ki, noyabrın 23-dən Ərbil və Süleymaniyyəyə uçuşlar “səyahətçiləri qorumaq” məqsədilə dayandırılır. Digər aeroportlar qaydasında işləyəcək.
Raketlər və bombardmançıların uçuş xətti Xəzər dənizindən Suriyada İraqın şimalından keçir.
Rusiya sentyabrın 30-dan Suriyaya hava zərbələrinə başlayıb. Məqsəd prezident Bashar al-Assad qüvvələrinə dəstək verməkdir.
Ötən ay Xəzər dənizindəki hərbi gəmilər İran və İraq üzərindən 1500 km-lik məsafəyə raketlər atıb.