Sabiq prezident Iranda hərbçilərin siyasi proseslərə müdaxiləsini tənqid etdi
Tarix: 23-11-2015, 13:08 | Çap et
Sabiq prezident Iranda hərbçilərin siyasi proseslərə müdaxiləsini tənqid etdi
İranın Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani ölkədə bəzi siyasi cərəyanların “Bəsic” könüllülər qüvvələrindən öz “qeyri – milli” məqsədləri üçün sui-stifadə etməsi haqqında xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə Məsləhət Şurasının rəsmi portalı xəbər verib.

Ə.Haşimi Rəfsəncani ötən gün İran Partiyaları Ofisinin Mərkəzi Şurasının üzvləri ilə görüşündə həmçinin bəzi radikal qrupların siyasi və mədəni seminar və toplantıları dağıtmasını tənqid edib: “İstənilən ölkə həqiqi demokratiya ilə idarə olunmaq istəyirsə, bu proses siyasi partiyalarsız mümkün deyil”.

Ə.Haşimi Rəfsəncani deyib ki, radikal qruplar müxtəlif əyalətlərə səfər etməklə çalışırlar ki, siyasi toplantıları və proqramları dağıtmaqla ölkənin imicini korlamağa çalışırlar.

Qeyd edək ki, ötən həftənin cümə axşamı günü özlərini “Hizbullah” üzvü adlandıran bir qrup şəxs Vəramin şəhərində İslahatçılar düşərgəsinə bağlı təkilatların birgə iclasına hücum ediblər və sabiq prezident Məhəmməd Xatəminin dövründə daxili işlər naziri işləmiş Əbdülvahid Musəvi Larinin çıxışını kəsiblər.

Hücumdan sonra İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli məsələnin tez bir zamanda araşdırılmasına göstəriş verib.

Bəsic Müqavimət Qüvvələri Təşkilatı 1979-cu ildə İran İslam İnqilabının sabiq rəhbəri Ayətullah Ruhullah Xomeyninin fərmanı ilə yaradılıb. Bu qurum İran İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") nəzdində fəaliyyət göstərir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net