Türkiyədə gürcüstanlı məmur-xanımlar saxlanıldı
Tarix: 23-11-2015, 12:08 | Çap et
Türkiyədə gürcüstanlı məmur-xanımlar saxlanıldı
Rizənin Fındıqlı rayon Polis İdarəsi Əxlaq Büro Rəisliyi briqadaları təxminən üç aydır davam etdirilən təqibdən sonra təyin olunan otel və gecə klublarında əməliyyat keçiriblər.

Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, əməliyyatda fahişəliyə vasitəçilik etdikləri iddiasıyla bir Gürcüstan əsilli qadın və iki otel əməkdaşı ilə fahişəlik etdikləri bildirilən Gürcüstan əsilli 6 qadın saxlanılıb.

Tibbi müayinədən sonra polisə aparılan əcnəbi əsilli qadınların bəzilərində yoluxucu xəstəlik riski olduğu öyrənilib. Əcnəbi əsilli qadınlar, deportasiya əməliyyatları üçün Vilayət Miqrasiya İdarəsinə göndərilib, digər şübhəlilər isə Pazar Ədliyyəsinə aparılıblar. Digər tərəfdən, Gürcüstan əsilli qadınlardan bəzilərinin ölkələrində dövlət işçisi olduqları öyrənilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net